8 may 2012 13:33
Dörd futbolçu bir-birini təhqir etdiyinə görə 3 oyunluq diskvalifikasiya olundu
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri birinci divizionun 29-cu turunda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət veriblər.
“Şuşa” – MOİK matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 47-ci dəqiqəsində MOİK-in futbolçusu Xətai Səyyadovla “Şuşa”nın futbolçusu Xəzər Qəribov bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 3 oyunluq cəzalanıb, klubları 200 manat cərimə olunub.
“MKT Araz” – “Energetik” oyununun 87-ci dəqiqəsində “Energetik”in futbolçusu Pərvin Mədətovla “MKT Araz”ın futbolçusu Ruhin Tağıyev bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 3 oyunluq cəzalanıb, klubları 200 manat cərimə olunub.
“Neftçala” – “Bakılı” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
