8 may 2012 01:28
Argentina futbolunda faciə: Polis futbolçunu öldürdü (FOTO)
Argentina futbolu çox xoşagəlməz olayla sarsılıb. Azerisport.az xəbər verir ki, bu ölkənin “Banfield” klubunda çıxış edən Lautaro Buqatto polis məmurunun açdığı atəş nəticəsində dünyasını dəyişib.
“Tristan Suarez”də icarə əsasında forma geyməyə başlayan 20 yaşlı futbolçu bazar günü səhər Buenos Ayresdəki evinin önünə çıxarkən gözləmədiyi mənzərə ilə üzləşib. Belə ki, məhz həmin vaxt polis bir oğrunu yaxalamağa çalışırmış. Polisin oğruya açdığı atəş təsadüf nəticəsində Buqattoya tuş gəlib. Nəticədə ağ ciyərindən ciddi yara alan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə məlumatı “Banfield” klubu da rəsmi internet saytından təsdiqləyib. Artıq Buqattonun ölümünə səbəb olan polis məmuru həbs olunub.
