8 may 2012 13:47
AZAL-dan İnterə növbəti transfer
“İnter” AZAL-dan daha bir futbolçu alır. Azerisport.az xəbər verir ki, bu mövsüm Enyo Krastovçevi “təyyarəçilər”dən “oğurlayan” bank klubu indi də Tales Şützü sıralarına qatmaq üzrədi.
“Bankirlər” artıq futbolçu ilə danışıqlar aparıblar və qarşı tərəfin razılığı da alınıb. Yalnız müqavilə imzalamaq qalır ki, bu da mövsüm başa çatdıqdan sonra həllini tapacaq. Tərəflərin 1+1 sistemi ilə müqavilə imzalayacağı bildirilir.
