8 may 2012 14:03

Julius Vobay: Mən artıq Neftçinin üzvüyəm, XL-la bağlılığım qalmayıb

“Xəzər Lənkəran”ın sabiq yarımmüdafiəçisi Julius Vobay azerisport.az saytına müsahibəsində “Neftçi”yə keçidindən danışıb.
 
- Son günlər sizin “Neftçi”yə keçidiniz haqda çoxlu söhbətlər dolaşır. Məsələ nə vaxt dəqiqləşəcək?
- Biz artıq müqavilə imzalamışıq. Artıq “Neftçi”nin futbolçusuyam. Çox şadam ki, karyeramı ölkə çempionu olmuş komandada davam etdirəcəyəm. Onlar mənimlə hələ ötən mövsümdən maraqlanırdılar. Amma keçid məhz indi həllini tapdı.
 
- Digər variantlar da var idi?
- Mən karyeramı məhz Azərbaycanda davam etdirməyi çox istəyirdim. Ona görə də ilk növbədə burdakı klubların təkliflərini gözdən keçirirdim. Daha üç ölkədən təklif almışdım. Məsələn, Türkiyədən də dəvət var idi. Amma mən “Neftçi”ni seçdim.
 
- Transferiniz neçəyə başa gəldi?
- Bu, sirrdi. Maliyyə tərəfi barədə heç nə deyə bilməyəcəm. Bütün bunlarla menecerim məşğul olur.
 
- “Neftçi” sizə görə pul ödəyəcək?
- Niyə ödəməlidi ki? Məni “Xəzər Lənkəran”la artıq heç nə bağlamır.
 
- Amma lənkəranlılar bildirir ki, sizə 325 000 avro ödəyiblər və klubu tərk edəcəyiniz halda onu geri qaytarmalısız...
- Mənim Misirin “Əl-Əsli” klubu ilə müqaviləm var idi. İndi bəzi sənədlər var idi ki, onların gəlməsini gözləyirəm. Mənim keçidimə görə Misir klubu ilə danışıq aparmaq lazım idi. “Xəzər Lənkəran”a mənim heç bir borcum yoxdu, onlarla məni artıq heç nə bağlamır.
 
- Bəs onda niyə Lənkərana qayıtmışdız, bu komanda ilə məşq edirdiz?
- Mənə məşq etmək lazım idi. Lənkərana ona görə getdim ki, formada qalım. Orda mənə çox yaxşı münasibət göstərdilər. Azarkeşlər də məni dəstəklədilər. Klubda çoxlu tanışlarım çıxış edirdi. Düzünü deyim ki, “Xəzər Lənkəran” da mənə yeni müqavilə təklif etdi. Lakin razılığa gələ bilmədik.
 
- “Neftçi”nin forması altında “Xəzər Lənkəran”a qarşı oynamaq çətin olmayacaq ki?
- Mən peşəkar futbolçuyam və yeni klubuma alışmağa borcluyam. Futbolda belə şeylər tez-tez olur. “Xəzər Lənkəran”da olarkən bu komandanın uğurları üçün əlimdən gələni edirdim. İndi isə “Neftçi”nin oyunçusuyam və klubun uğurları üçün çalışmalıyam.
 
- Çempionlar Liqasından nə gözləyirsiz?
- Mənə elə gəlir ki, bizim yaxşı nəticə qazanmağımız üçün hər şey var. Çempionlar Liqasında oynamağı çox istəyirəm. “Neftçi” artıq özünü Avropada da göstərməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.