8 may 2012 14:22
Neftçidə saxtakarlıq aşkar olundu
Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qəbələ-2” – “Neftçi” ROİL matçında “Neftçi” ROİL-in heyətində peşəkar futbolçunun iştirak etdiyi aşkar edilib. Azerisportt.az xəbər verir ki, araşdırmalardan sonra “Neftçi” ROİL-in heyətində meydana çıxan Elbrus Beybudovun I divizionda çıxış edən MOİK-in üzvü olduğu və həmin klubla peşəkar müqaviləsinin mövcudluğu məlum olub.
“Neftçi” ROİL-in heyətində peşəkar futbolçu çıxış etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
