8 may 2012 15:00

“Vəzifəmiz sadədi - qalib gəlib, Avroliqaya vəsiqəni təmin edəcəyik”

“İnter”in seneqallı yarımmüdafiəçisi İbarhima Niasse müsahibəsində Premyer Liqanın son turunun “Qarabağ”la baş tutan oyun barədə danışıb, komandanın Avropa Liqasına düşmək şansını dəyərləndirib və mövsümün son qarşılaşması olacaq “Bakı” ilə matç haqqında fikirlərini bölüşüb. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Öncə “Qarabağ”la keçirilən oyun barədə fikirlərinizi bilmək istərdik...
- Biz bilirdik ki, “Qarabağ” doğma divarlar arasında daha yaxşı oynayan güclü komandadı. Təəssüf ki, bu oyunda “İnter”ə nəyə qadir olduğunu göstərmək müyəssər olmadı. Etiraf edim ki, rəqib daha yaxşı oynadı və buna görə də bizə qalib gəldi. Çox təəssüf ki, bu matçda məğlubiyyətə uğradıq. Hətta heç-heçə bizim üçün pis nəticə olmazdı, lakin bu qarşılaşmada bir xal qazanmaq komandaya müyəssər olmadı.
 
- Birinci hissədə zədə üzündən meydanı tərk etməli oldunuz. Zədəniz barədə məlumat verməyinizi istərdik...
- Bəli, mən ağrı hiss etdim və anladım ki, matçı davam etdirə bilməyəcəyəm. Ancaq həkimlər izah etdilər ki, zədə o qədər də ciddi deyil.
 
- Növbəti qarşılaşmada oynayacağınız artıq məlumdu?
- Bu günlərdə aydın olacaq. Ancaq həkimlər beşinci gün meydana çıxmağım üçün əllərindən gələni edəcəklərini bildirirlər. Ümid edirəm ki, hər şey yaxşı olacaq və mən belə vacib məqamda komandaya kömək edə biləcəyəm.
 
- “Bakı” ilə keçirilən son matç barədə nə deyə bilərsiniz?
- Bu oyun bizim üçün çox vacibdi. Biz toparlanmalı və var-gücümüzlə oynamalıyıq. Başa düşürük ki, bunu etmək asan olmayacaq. Lakin məqsədimizə nail olmaq üçün əlimizdən gələni etməyə çalışacağıq.
 
- Avropa Liqasına vəsiqənin taleyi məhz bu oyunun nəticəsindən asılı olacaq. Çempionatın son matçı ərəfəsində kifayət qədər mürəkkəb vəziyyət yaranıb və qalan 2 vəsiqəyə 3 komanda iddia edir.
- Bəli, turnir cədvəli doğrudan da bir qədər qarışıqdı. Lakin bizim vəzifəmiz sadədi - qələbə qazanmalıyıq və o zaman Avropanın qapıları üzümüzə açılacaq. Şansımız öz əlimizdədi və ondan tam yararlanmaq lazımdı. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.