8 may 2012 15:23
AZAL-la Kəpəzə texniki məğlubiyyət verildi
AFFA iki kluba texniki məğlubiyyət verib. Azerisport.az xəbər verir ki, qurumun İntizam Komitəsi “Kəpəz”lə AZAL-ı cəzalandırıb.
Belə ki, 1 may 2012-ci il tarixdə U-17 Liqanın “Kəpəz” – “Rəvan” oyununda Gəncə klubunun futbolçusu Xəlil Məmmədov cəzalı olduğu halda matçda iştirak etdiyi üçün “Kəpəz”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
2 may 2012-ci il tarixdə isə U-15 Liqanın AZAL – “Qarabağ” oyununda paytaxt klubunun futbolçusu Muxtar Əliyev cəzalı olduğu halda matçda iştirak etdiyi üçün AZAL-a 0:3 hesablı texniki məğlubiyyət verilib.
