8 may 2012 15:31
Neftçinin 3 futbolçusuna 4 oyunluq cəza, Qəbələyə texniki məğlubiyyət
Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Neftçi” ROİL – “Qəbələ-2” matçının 87-ci dəqiqəsində “Neftçi” ROİL-in futbolçusu Turan Mədinovla “Qəbələ-2”nin futbolçusu Ramal Əhmədov aqressiv oyuna görə (biri-birinə zərbə) birbaşa qırmızı vərəqə alıb. Azerisport.az xəbər verir ki, onlar meydandan kənarlaşdırılan zaman “Neftçi”nin futbolçusu Nurani İsgəndərov “Qəbələ-2”nin futbolçusuna yaxınlaşaraq ona zərbə endirib.
Bu hadisədən sonra “Qəbələ” maydançanı tərk edərək oyunu davam etdirməyib. Bunu nəzərə alan AFFA İntizam Komitəsi “Neftçi”nin futbolçusu Turan Mədinov, Nurani İsgəndərov və Ramal Əhmədovu 4 oyunluq cəzalandırıb. “Qəbələ”yə isə meydanı tərk etdiyi üçün 0:3 hesablı texniki məğlubiyyət verilib.
