8 may 2012 15:55
AFFA baş məşqçiyə 5 oyunluq cəza kəsdi
AFFA hakimləri və rəqiblərini təhqir edən baş məşrçi və futbolçuları cəzalandırıb. Azerisport.az xəbər verir ki, U-17 liqasının “Şahdağ” – “Turan” matçında “Şahdağ”ın futbolçusu Murad Misirxanov hakimləri təhqir edərək, qırmızı vərəqə alıb. Futbolçu 4 oyunluq cəzalandırılıb.
U-13 liqasının “Təhsil” (Sumqayıt) – “Şahdağ” matçının 31-ci dəqiqəsində “Şahdağ”ın baş məşqçisi Cavadov Telman hakimləri təhqir edib. Buna görə baş məşqçi 5 oyunluq cəzalandırılıb.
U-16 liqasının “Bakı” – “Vətən” oyununun 38-ci dəqiqəsində “Bakı”nın futbolçusu Əmrah Paşalı qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 3 oyunluq cəzalandırılıb.
Bu liqanın “Vətən” – “Xəzər Lənkəran” oyununun 40-cı dəqiqəsində isə “Vətən”in futbolçusu Əli Müslümov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 3 oyunluq cəzalanıb.
