8 may 2012 16:11
İnterin futbolçusu CSKA yolunda
“Simurq”un yarımmüdafiəçisi Daniel Genov karyerasını vətənində davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun üzvü Sofiya CSKA-sının maraq dairəsinə düşüb.
Bu barədə məlumatı Bolqarıstan mətbuatı yayıb. Məlumatda qeyd olunur ki, sofiyalılar yay toplanışı zamanı Genovu sınaqdan keçirmək istəyirlər.
Maraq üçün qeyd edək ki, Genov müqavilə ilə Bakı “İnter”inə məxsusdu. O, “Simurq”da icarə əsasında çıxış edir. İyunun 30-da Genovun “bankirlər”lə müqaviləsinin müddəti başa çatacaq. “İnter” ümidləri o qədər də doğrulda bilməyən futbolçunu saxlamaqda maraqlı deyil. Belədə, onun azad agent kimi yayda istədiyi kluba keçidi mümkündü.
