8 may 2012 17:15
Yığmamız Moldova, Rumıniya və Bolqarıstana qarşı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 15-dən 19-a qədər Kişinyov şəhərində təşkil olunacaq “FA of Moldova Cup” turnirində iştirak edəcək. Azerisport.az xəbər verir ki, artıq turnirin təqvimi də müəyyənləşib.
Yığmamızın rəqibləri Moldova, Bolqarıstan və Rumıniya olacaq. Oyunların təqvimini diqqətinizə çatdırırıq:
15 may
19:00. Moldova – Bolqarıstan
19:00. Rumıniya – Azərbaycan
17 may
19:00. Azərbaycan – Moldova
19:00. Bolqarıstan – Rumıniya
19 may
14:30. Moldova – Rumıniya
13:00. Azərbaycan – Bolqarıstan
