8 may 2012 17:58

“Baku de Valenciaya iki XL-lı futbolçuya ödənilən pul bəsdi”

İspaniyanın “Baku de Valencia” klubunun prezidenti Gülnarə Xanbabayeva azerisport.az saytına müsahibəsində komandasının hazırkı durumundan, görülən işlərdən danışıb və sevimli oyunçularının adlarını açıqlayıb.
 
- Azərbaycanlı xanımın İspaniyada belə bir futbol klubu yaratması bir qədər şok effekti yaratdı. Necə oldu ki, belə bir iş gördünüz?
- 2009-cu ildə mənə zəng etdilər və beynəlxalq turnirdə iştirak etmək təklif olundu. Seneqal, BƏƏ, İspaniya, Argentina və Əlcəzairdən olan komandalar da həmin turnirdə qüvvələrini sınayırdı. Məndən 7 oyunçu tapmaq xahiş olunmuşdu. Amma mən dedim ki, problem yoxdu, 11 nəfərli tam heyət də təşkil etmək olar. Lakin həmin komandanı qurmaq çətin oldu. Çünki Valensiyada elə də çox azərbaycanlı yaşamırdı. Təbii ki, onların da hamısı futbol oynamağı bacarmırdı. Belədə oğlum Süleymana müraciət etdim. O, iki dəfə imtina etsə də, axırda razılaşdı. Komandamızın adını “Azərbaycan” qoyduq. Həmin turnirdə ikinci yeri tutduq. Elə həmin vaxt da başa düşdük ki, futbol klubu yaratmaq pis olmazdı.
 
- Sonradan klubun adını dəyişdirdiz?
- Həmin turnirdən sonra uşaqlar məndən xahiş etdilər ki, komandanı buraxmayaq. Onlar İspaniya çempionatında çıxış etmək istəyirdilər. Mən də onların sözünü yerə sala bilmədim. Müxtəlif ideyalar var idi. Məsələn, “Xəzər” adını istəyənlər də oldu. Aydın məsələdi ki, ispanların Azərbaycan barədə heç bir məlumatı yox idi. Onda belə qərara gəldik ki, paytaxtımızın adını istifadə edək. Nəticədə “Baku de Valencia” adını seçdik. Mən həmişə Heydər Əliyevin bir sözünü xatırladıram. O, deyirdi ki, ölkə xaricində yaşayan hər bir azərbaycanlı öz ölkəsini təmsil etməlidi, başqalarının mədəniyyətimizi, tariximizi öyrənməsində yardımçı olmalıdı. Biz burda həm də Azərbaycan idmanını təmsil etməyə başladıq.
 
- Amma hazırda komandada azərbaycanlı yoxdu..
- Təəssüf ki, elədi. Gürcülər, ruslar, ukraynalılar, ispanlar, argentinalılar, ekvadorlular, seneqallılar ar. Boliviyadan da oyunçu var. Bütövlükdə 11 millətdəndilər. Hələlik öz futbolçularımızı burda oynamağa dəvət edə bilmirəm. Maliyyə durumumuz buna imkan vermir. Heyətdəki futbolçulardan yalnız beşi maaş alır. Qalanları isə pulsuz çıxış edirlər.
 
- Büdcəniz cəmi 30 min avro təşkil edir. Bununla komandanı necə saxlayırsız?
- Əlbəttə, bu, çox çətindi. Şəxsən mənim maliyyə problemim yoxdu. Amma komandaya dəstək lazımdı. Biz Azərbaycanı daha yaxşı şəkildə təmsil edə bilərik. Gəl ki, maddi imkanlarımız o qədər də geniş deyil. Mənim İspaniyanın üçüncü divizionunda çıxış edən bir klubu almaq arzum var. Özü də hazırda satışa çıxarılıb.

- Hansı klubdu?
- “Ellin” adlanır. 450 000 qiyməti var. Amma mən öz əlaqələrimlə onu 150 minə də ala bilərəm. Mən hətta bu komandanı İspaniyanın ikinci ən güclü çempionatı olan Sequnda diviziona çıxarmağa da zəmanət verə bilərəm. Mövsümün ortasında bu komanda 20 komanda arasında 17-ci idi. Satılmaq söhbəti yaranandan sonra cəsarətləniblər. İndi 8-ci yerdə gedirlər. Mənə 150 min klubu almaq üçün lazımdı, 300 min isə bir il ərzində komandanı saxlamaq üçün. Mən hətta komandaya kimləri dəvət edəcəyimi də bilirəm. Mənim “Sevilla” və “Atletico”da çıxış edən futbolçularla da tanışlığım var. Güclü komanda yarada bilərəm.

- Heç biznesmenlərlə, potensial sponsorlarla əlaqə yaratmısız?
- Mən “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova məktub yazmışdım. Mən özüm Lənkərandanam. Mənə elə gəlir ki, yazdığım məktub Mənsimova qədər gedib çatmayıb. Əks halda o, həmin məktubumu cavabsız qoymazdı. Hətta onun İstanbuldakı ofisinə də zəng etmişəm. Orda sadəcə kömək etmək istəmədilər. Çoxlarına bu, maraqsızdı. Halbuki, mənim xahiş etdiyim “Xəzər Lənkəran”ın bir-iki oyunçusunun qiymətidi.
 
- AFFA-ya müraciət etmisiz?
- Bəli, ora da məktub yazmışam. Həmçinin mənə “Bakı”nın prezidenti Hafiz Məmmədov zəng etmişdi. Onunla telefon danışığımız çox xoş təsir bağışlamışdı. Problemlərimizlə maraqlandı, bildirdi ki, hər şeyi yoluna qoymağa kömək edə bilər. Özü də klublarımızın adında da oxşarlıqlar var. O, mənə komandanı saxlamaq üçün nə qədər pul lazım olduğunu öyrənməyi söylədi. Lakin sonradan onunla yenidən əlaqə yaratmaq cəhdlərimiz də faydasız qaldı. Buna baxmayaraq, ümidlərimi itirmirəm.
 
- Amma mətbuatda tam fərqli məlumatlar yayıldı...
- Bilirəm. Yazdılar ki, guya “Bakı” bizə kömək edir və s. Bu informasiya bizə böyük problemlər yaratdı. Komandamızın futbolçuları elə düşündülər ki, pul olduğu halda onlara vermirik. Onlardan bəzilərini inandıra da bilmədik və səkkizi komandadan ayrıldı. Mən bilmirəm bu yalan məlumatları kim və niyə yaydı.
 
- “NTV plyus”da klubunuz haqda hazırlanan reportajdan sonra irəliləyiş var?
- Mən Leyla Əliyevaya təşəkkürümü bildirirəm ki, bu çəkiliş qrupunun bura gəlməsini təşkil etmişdi. Həmin reportajdan sonra ancaq bizim komandadan danışırlar. Qəzetlər də bizdən yazır. Həqiqətən özümüzə qarşı böyük diqqət görürük. Mən əminəm ki, Azərbaycanda idmanın inkişafına qayğı göstərən insanlar var və onlar bizə üçündü divizion klubunu almaqda kömək edəcəklər. Mənə kənar pul lazım deyil. Sadəcə başlanılan işi davam etdirmək istəyirəm.
 
- Deyəsən, həmişə azarkeş olmusuz...
- Xeyr. Futbola getmirdim. Heç qaydalarını da bilmirdim. Amma bu klubu yaratdıqdan sonra bu idman növünə də marağım artdı. İndi isə “Valencia” və “Levante”nin heç bir oyununu buraxmamağa çalışıram. Bütün komandaya bilet alıram ki, qoy baxıb öyrənsinlər.
 
- Sevimli oyunçularınız varmı?
- Bəli. Bu, mənim komandamdı. Seneqaldan olan Maliklə ekvadorlu Emrini daha çox sevirəm. Sonuncu demək olar ki, hər oyunda qol vurur. Əsl bombardirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.