8 may 2012 18:26
Qarabağ XL-la oyun üçün başladı
“Qarabağ” “Xəzər Lənkəran”la oyuna hazırlaşır. Azerisport.az xəbər verir ki, Premyer Liqanın sonuncu turunda cənubluların qonağı olacaq komanda bu gündən etibarən həlledici oyunun məşqlərinə başlayıb.
Şənbə günü “İnter”lə keçirilən oyun sonrası Bakıya dönən komanda dünən istirahət etmişdi. Bu günə isə tək çalışmayla yekun vurulub.
“Qarabağ”ın hazırlığında mövsümü erkən bitirən Əfran İsmayılov iştirak etməyib. Əvəzində “İnter”lə sonuncu oyunu cəza üzündən buraxan Maksim Medvedev “Xəzər Lənkəran”la görüşün hazırlıqlarında iştirak edir.
“Qarabağ” sabah Bakıda daha bir məşqə çıxacaq. Ertəsi gün isə komanda Lənkərana yollanacaq.
