8 may 2012 11:45
Legea Rəvanla daha üç illik əməkdaşlıq sazişi bağladı
İdman paltarları və aksesuarları istehsalçısı olan məşhur italyan brendi “Legea” “Rəvan” futbol klubu ilə əməkdaşlığını daha üç il davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, iki tərəfli imzalanmış saziş əsasında “Legea” şirkəti “Rəvan” klubunu yaxın üç il ərzində idman paltarı və aksesuarları ilə təmin edərək, sponsor kimi çıxış edəcək. Əvəzində “Rəvan” klubu “Legea” brendini sponsoru kimi təqdim edəcək və şirkətin məhsullarını təmsil edəcək.
