8 may 2012 11:54
Xəzər Lənkərandan Neftçiyə növbəti keçid
“Xəzər Lənkəran”ın qalmaqallı yarımmüdafiəçisi Julius Vobay böyük ehtimalla artıq bu yay komandadan rəsmi olaraq ayrılacaq. Azerisport.az xəbər verir ki, hələ qışdan bəri cənub klubundan ayrılmağa hazırlaşan təcrübəli futbolçu hazırda iki cəlbedici təklif alıb.
Onlardan biri son ölkə çempionu “Neftçi”dəndi. Elə Vobay özü də məhz karyerasını paytaxt klubunda davam etdirməkdə daha maraqlıdı. “Qarabağ”ın kapitanı Rəşad Sadiqovdan sonra “flaqman” bu dəfə digər əzəli rəqibi “Xəzər Lənkəran”ın sabiq oyunçusunu sıralarına qatmağa yaxındı.
Hələlik danışıqlar davam etdirilir. Böyük ehtimalla Vobay bakılılarla bir və ya iki (1+1) illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Vobayın adı hələ qışda da “Bakı” və “Neftçi” ilə yanaşı çəkilirdi. Lakin o zaman Azərbaycan klubları ilə anlaşa bilməyən futbolçu Misir çempionatında çıxış etmək qərarına gəlmişdi. “Xəzər Lənkəran”ın FİFA-ya şikayətindən sonra isə o, klubun düşərgəsinə qayıtmaq məcburiyyətində qalmışdı.
