8 may 2012 01:11
Sumqayıtın prezidenti: Futbolçularımızı daha güclü klublarda görmək istəyirəm
“Sumqayıt”ın prezidenti Kamran Quliyev komandanın aparıcı futbolçularının Premyer Liqanın digər klublarına mümkün gedişinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Sumqayıt”ın oyunçularıyla hansı klubların maraqlanması mövsüm başa çatandan sonra məlum olacaq. Onlardan bəzilərinin klubla uzun müddətli müqaviləsi var. Bəzilərində isə müqavilənin müddəti may ayında başa çatacaq. Etiraf edim ki, mən bizdən gedəcək futbolçuların daha güclü klublarda çıxış etməsinin tərəfdarıyam. Daha gedib orda ehtiyatda çürümələrini istəmirəm. Lakin çox şey həm də bizim Premyer Liqada qalıb-qalmamağımızdan asılıdı. Ola bilər ki, növbəti mövsümdə birinci divizionda mübarizə aparaq”.