8 may 2012 12:25
Premyer Liqa oyununda meydana toyuq çıxdı (FOTO, VİDEO)
Futbol üzrə İngiltərə Premyer Liqasının ötən gün baş tutan 37 turunun “Blackburn” – “Wigan” matçında çox qəribə və maraqlı bir səhnə yaşanıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanın 8-ci dəqiqəsində “Blackburn” tərəfdarları tərəfindən meydana üzərində bir “Blackburn” bayrağı olan toyuq buraxılıb.
Özünü bir anda möhtəşəm səhnədə hiss edən toyuq təxminən 2 dəqiqə boyunca “Wigan”ın cərimə meydançasında dolaşıb. Yalnız hakimin oyunu saxlaması nəticəsində “Blackburn”in oyunçusu Yakubu və “Wigan”ın qapıçısı Əl Habsi toyuğu tutaraq stadion işçilərinə təhvil veriblər.
Qeyd edək ki, iki autsayder arasında keçirilən bu oyunda “Wigan”a 0:1 hesabıyla məğlub olan “Blackburn” elita ilə vidalaşmalı olub. Görünür azarkeşlər də futbolçuların bu mövsümkü uğursuz çıxışına etiraz əlaməti olaraq belə bir addım atmağa qərar veriblər.
