9 may 2012 13:04

Azərbaycan yığması FİFA reytinqində irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, ötən ayla müqayisədə millimiz 1 pillə irəliləyib.
 
Belə ki, ötən ay 110-cu olan yığmamız bu dəfə 109-cu pilləni tutub. Komandamızın aktivində 305 xal var.
 
DÇ-2014-ün seçmə mərhələsində millimizlə birlikdə F qrupunda yer almış rəqiblərdən Portuqaliya yerində sayıb - 1190 xal 5-ci yer. Elə digər rəqiblərimiz də nə irəliləyib, nə də geriləyib. Rusiya yığması 11-ci pillədəki mövqeyində qalıb - 1049 xal. İsrail 58-ci (558 xal), Şimali İrlandiya 100-cü (338 xal), Lüksemburq 119-cu pillədədi (283 xal).
 
Reytinq cədvəlinə həmişəki kimi 1442 xalla İspaniya başçılıq edir. Ümumiyyətlə, ilk 8 pillədə heç bir dəyişiklik olmayıb: Almaniya (1345) ikinci, Uruqvay (1309) üçüncü, Hollandiya (1207) dördüncü, Portuqaliya beşinci, Braziliya (1165) altıncı, İngiltərə (1132) yeddinci, Xorvatiya (1114) səkkizincidi. Argentina bir pillə irəliləyərək hazırda 1076 xalla 9-cu olub. Geriləyən Danimarka isə (1069) 10-cudu.
 
Növbəti reytinq cədvəli iyunun 6-da açıqlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.