9 may 2012 01:14

Asif Məmmədov: XL - Qarabağ matçı bizim üçün maraqlı deyil

“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 31-ci turundakı “Qarabağ”a məğlubiyyətdən, mövsümün qapanış turundakı “Bakı” ilə görüşdən, eləcə də avrokuboklara düşmək şanslarından danışıb.
 
- “Qarabağ”a məğlubiyyət komandanızın avrokuboklara getmək şanslarını çox çətinə saldı...
- Bəli. Təəssüf ki, Quzanlıda uğurlu nəticə qazana bilmədik. Çox vacib anda xal itkisi ilə üzləşdik. Bu oyunla bağlı əlavə nəsə deməyə ehtiyac duymuram. Onsuz da məğlub olmağımız hər şeyi deyir.
 
- Sizcə, bu oyunda “İnter”də nə çatışmırdı?
- Heç özüm də bilmirəm. Bir epizodda hücumu qolla tamamlamaq üçün topa çatmadıq, daha birində zərbə dəqiq olmadı. Ümumiyyətlə həmin gün bizdə heç nə alınmırdı. Niyəsini bilmirəm. Lakin qarşıda bizi mövsümün son oyunu gözləyir. “Bakı” ilə oyunda mütləq qələbə qazanmağa çalışacağıq.
 
- “Bakı” artıq Avropa Liqasına vəsiqəni təmin edib və Premyer Liqada heç bir hədəf güdmür. Bu, komandanızı arxayınlaşdırmaz ki?
- Buna qətiyyən yol verməməliyik. Əks halda bizim oyunumuz alınmaz. Qoy rəqib necə istəyir, elə də oynasın. Bizə isə öz oyunumuzu sərgiləmək, qol vurmaq və qələbə qazanmaq lazımdı. Bu oyuna çox ciddi yanaşmağımız lazımdı. Əks halda arxayınlığın cəzasını çəkmiş olarıq.

- Son dövrlər “İnter” yaradılan qol vəziyyətlərini dəyərləndirməkdə çətinlik çəkir. Bu, nə ilə bağlıdı?
- Bəli, bizdə bu baxımdan problemlər möcvuddu. Çünki az qol epizodu yaratmırıq. Ola bilsin ki, mövsümün sonu olduğundan yorğunluq öz sözünü deyir. Ümid edirəm ki, “Bakı” ilə oyunda qol vura, qələbə istəyimizə nail ola biləcəyik. Çünki bizim başqa yolumuz yoxdu.
 
- Avrokuboklara düşmək şanslarınızı necə dəyərləndirisiz?
- Avrokuboklara düşə bilməsək, bu, çox xoşagəlməz aqibət olacaq. Çünki bizim çox yaxşı şansımız var idi və hələ də qalmaqdadı. “İnter” mövsümün bir dönəmində hətta çempionluq üçün mübarizə aparırdı. Amma indi avrokuboklarsız qalmaq təhlükəsiylə üz-üzəyik. Əlbəttə ki, bunu da qətiyyən yaxşı hal saymaq olmaz.
 
- Qarşıdakı rəqibinizdən danışarkən “Bakı”nın son dövrlər artırdığını xüsusi qeyd etmək lazımdı...
- Həqiqətən də “Bakı” mövsümün sonuna yaxın özünə gəlib. Bu, son turdakı oyunda məsuliyyəti daha da artırır. Rəqibin heyətində zəif futbolçu yoxdu. Nə əsas, nə də ehtiyat heyətdə. Fikrimcə, bizi çox çətin sınaq gözləyir.
 
- Həmin gün eyni zamanda “Xəzər Lənkəran” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Bu klublar da Avropa Liqasına vəsiqə qazanmaq istəyir. Demək olar ki, “İnter” bu oyunda cənubluların uğuruna azarkeşlik edəcək?
- Xeyr. Biz ancaq öz oyunumuzu düşünürük. “Bakı”nı məğlub edə bilsək, avrokuboklara çıxmaq üçün heç bir problem olmayacaq. Biz “Xəzər Lənkəran”ın “Qarabağ”la oyunu barədə düşünmürük. Lənkəranda kimin qalib gələcəyinə həmin oyun aydınlıq gətirəcək. Şəxsən mənə yalnız “İnter” maraqlıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.