9 may 2012 02:03
İnter futbolçularına yeni müqavilə təklif etməyə tələsmir
“İnter” futbolçuları ilə müqavilə məsələlərini yalnız mövsüm başa çatandan sonra həll etməyi planlaşdırır. Bu barədə azerisport.az saytına müsahibəsində “bankirlər”in meneceri Səbuhi Səfiyarlı məlumat verib:
“Klubla müqavilələrinin müddəti başa çatacaq futbolçularla yeni anlaşmanın detallarını yalnız mövsüm başa çatandan sonra müzakirə edəcəyik. Premyer Liqanın 32-ci turunun “Bakı” ilə görüşündən sonra bütün bu məsələlərə aydınlıq gətirləcək. Eyni sözlər Daniel Genova da aiddi. Sofiya CSKA-sının onunla maraqlanması barədə xəbərləri isə sadəcə mətbuatdan oxumuşuq”.
Qeyd edək ki, müqavilə ilə “İnter”ə məxsus olan Genov hazırda icarə əsasında “Simurq”da çıxış edir və iyunda anlaşması başa çatacaq. Belədə onun azad agent kimi CSKA-ya keçəcəyi bildirilir.