9 may 2012 02:11

Bülənt Qorxmaz yenə klubsuz qaldı

Türkiyənin "Karabükspor" klubu baş məşqçi Bülənt Qorxmazla yollarını ayrılıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
 
Açıqlamada bildirilir ki, Bülənt Qorxmazla klubun idarə heyəti arasında görüş keçirilib. Gənc mütəxəssislə qarşı tərəfin apardığı danışıqlar nəticəsində yeni müqavilə barədə razılıq əldə olunmayıb. Bu üzdən də Qorxmazla işbirliyinə son verilib, göstərdiyi xidmətə görə ona təşəkkür edilib.
 
Qeyd edək ki, Super Liqanın 10-cu turunda "Karabükspor"un baş məşqçi postuna gətirilən Qorxmazın komandası çempionatı 44 xalla 12-ci pillədə bitirmişdi. Onun karyerasını harda davam etdirəcəyi isə hələlik bilinmir.
 
Maraq üçün xatırladaq ki, Bülənt Qorxmaz 2009-2010 mövsümündə “Bakı”nın sükanı arxasında çalışırdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.