9 may 2012 14:21
Kəpəzin fanatları klub rəhbərliyinin istefasını tələb edir
“Kəpəz”in Premyer Liqanın bu mövsümündəki uğursuz çıxışı azarkeşlərin kəskin narazılığına səbəb olub. Azerisport.az xəbər verir ki, artıq Gəncə klubunun azarkeşlərinin rəhbərliyə qarşı münasibəti də dəyişib.
Belə ki, onlar hazırkı rəhbərliyin istefaya getməsini tələb edirlər. Bu mənada xüsusilə “Xəmsə” fan-klubu fəallığı ilə seçilir. “Kəpəz”in tərəfdarları komandanın daha uğurlu çıxış etməsi üçün ilk növbədə rəhbərlikdə dəyişikliklər edilməsini vacib sayırlar.
