10 may 2012 01:46
“Azərbaycanla ikinci oyunda daha yaxşı çıxış etməyə çalışacağıq”
17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra təşkil olunmuş mətbuat konfransında rəqib komandanın baş məşqçisi Didzi Matis yetirmələrinin çıxışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, Latviya U-17 yığmasının məşqçisi 4 cavabsız qolla uduzduqları görüşlə bağlı bunları dilə gətirib:
“Bu oyunu təşkil etdiyi üçün AFFA-ya təşəkkürümüzü bildiririk. Qələbə münasibətilə rəqibimizi təbrik edirik. Belə bir stadionda və bu sayda azarkeş qarşısında oynamaq bizim üçün, yaxşı mənada, macəra idi. Futbolçularımız həyəcanlı idi və bunun nəticəsində birinci hissədə iki qol buraxdıq. İkinci oyunda daha yaxşı çıxış etməyə çalışacağıq”.
