10 may 2012 01:58
“Yığmamızın ifasında gözəl kombinasiyaların şahidi olduq”
17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra təşkil olunmuş mətbuat konfransında komandamızın baş məşqçisi Sissi Rayt yetirmələrinin çıxışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 4:0 hesablı qələbə qazandığımız görüşlə bağlı bunları dilə gətirib:
“Bu gün komandamızın ifasında gözəl kombinasiyaların şahidi olduq. Sonuncu ötürmələrin keyfiyyətinin yüksəldilməsi üzərində çalışmalıyıq. Bu rəqiblə keçirəcəyimiz növbəti oyunda daha yaxşı oynamağa çalışacağıq. Latviya yığması üzərində qazandığımız qələbəni azarkeşlərimizə, bu gün bizi stadionda dəstəkləyən tamaşaçılara həsr edirik”.
