10 may 2012 02:01
Sumqayıt Əliyevlə yeni müqavilə imzaladı (FOTO)
Premyer Liqanın 32-ci turu çərçivəsində səfərdə “Rəvan”la qarşılaşacaq “Sumqayıt” bu oyun ərəfəsində aparıcı oyunçularından Orxan Əliyevlə müqaviləsinin müddətini uzadıb. Azerisport.az xəbər verir ki, yeni sazişə əsasən, 16 yaşlı futbolçu 2014-cü ilə qədər bu komandanın şərəfini qoruyacaq.
Cari mövsümdə Premyer Liqada 4 qol vurub 1 qol ötürməsi edən Orxan Əliyev hazırda 19 yaşadək futbolçulardan ibarət milli komandanın şərəfini qoruyur.
