9 may 2012 00:05
Fırtınalar meydanında yığmamızın oyununa pulsuz giriş
Bu gün “Xəzər Lənkəran” Mərkəzi stadionu Azərbaycanda keçiriləcək U-17 qadınlar arasında dünya çempionatının hazırlıq mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Latviya beynəlxalq yoldaşlıq oyununu qəbul edəcək. Azerisport.az xəbər verir ki, görüş 16:00-da başlayacaq.
Artıq bununla əlaqədar “Xəzər Lənkəran” klubu azarkeşlərə müraciət də ünvanlayıb. Klubun rəsmi saytı vasitəsilə yayımlanan açıqlamada bildirilir ki, oyuna stadiondan tamaşa etmək istəyənlər arasında qadınlar və 12 yaşadək uşaqlar üçün arenaya giriş pulsuz olacaq.
