9 may 2012 17:56
Millimiz Lənkəranda 4 cavabsız qola sevindi (YENİLƏNİB)
Bu gün - mayın 9-da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma Bakıda yox, Lənkəran şəhər Mərkəzi stadionunda baş tutub.
Yığmamız bu görüşdə inamlı qələbəyə sevinib. Belə ki, Sissi Raytın yetirmələri 4 cavabsız qolla üstün olublar.
Maraq üçün xatırladaq ki, ölkəmizdə təlim-məşq toplanışında olan Latviya yığması millimizlə daha bir görüş keçirəcək. Növbəti oyun ayın 12-də baş tutacaq.
Yoldaşlıq oyunu
9 may
Azərbaycan – Latviya - 4:0 (2:0)
Oyun başladı
Aysun Əliyeva erkən qolla komandamızı hesabda önə çıxarır - 1:0
Qarşılaşmanı baş məşqçi Yunis Hüseynov olmaqla "Xəzər Lənkəran"ın futbolçuları da canlı izləyirlər
Arenada xeyli sayda azarkeş var və millimiz üçün kifayət qədər yaxşı dəstək olduğunu demək olar
41-ci dəqiqədə Nigar Cəlilli qapıçı ilə üz-üzə qalsa da, rəqib futbolçu onu kobudluqla dayandırır
Bu epizoda görə latviyalıların qapıçısına sarı vərəqə göstərən hakim rəqib qapısına penalti təyin edir
42. Penaltini Sevinc Cəfərzadə dəqiq yerinə yetirir və komandamızın üstünlüyünü daha da artırır - 2:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
62-ci dəqiqədə S.Cəfərzadədən əla ötürmə alan Aliyə Vəliyeva qapıçı ilə mübarizədən qalib ayrılaraq hesabı darmadağın həddinə çatdırır - 3:0
82-ci dəqiqədə Süsən Mənsimova rəqib qapısına daha bir qol vurur - 4:0
Matç başa çatdı
