10 may 2012 12:25
Son turun hakimləri açıqlandı
Futbol üzrə Azərbaycan birinci divizionunda 30-cu turun oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Qeyd edək ki, bu turun oyunları ilə birinci divizionda cari mövsümə tam şəkildə yekun vurulacaq. Qarşılaşmalardan biri sabah – cümə günü oynanılacaq. Qalan görüşlərin hamısı şənbə gününə təsadüf edəcək.
Bütün oyunlar saat 17:30-da başlayacaq. Oyunların keçirilmə yerləri, eləcə də hakim təyinatları isə aşağıdakı kimidi:
Birinci divizion
30-cu tur
11 may (cümə)
Tərəqqi - Şuşa
Hakimlər: Əmrah İbrahimov, Elşən Məmmədov, Mahir Alferinov, Kənan Məlikov
Gəncə. Şəhər stadionu.
12 may (şənbə)
Muğan - Şahdağ
Hakimlər: Venera Kahriç, Ülviyyə Mustafayeva, Həsən Babayev, Anar Fərəcov
Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu.
MOİK - Karvan
Hakimlər: Ramil Diniyev, Aleksandr Musatkin, Mirzə Fərzəliyev, Xalid Quliyev
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
Şəmkir - MKT Araz
Hakimlər: Anar Niyazov, Rahin Heybətov, Elşən Durmuşov, Rəşad Əhmədov
Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu.
Qaradağ Lökbatan - Neftçala
Hakimlər: Rövşən Əhmədov, Azad Ə.Hüseynov, Elman Kərimov, Nihad Xəlilov
Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Energetik - Bakılı
Hakimlər: Camaləddin Hacıyev, Vasif Məmmədov, Ruslan Babayev, Namiq Süleymanov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
