10 may 2012 13:31

Falkaoliqada cari mövsümün ən məhsuldar oyunçuları

Radamel Falkao ardıcıl iki ildi Avropa Liqasının finalının qəhrəmanına çevirilir. Azerisport.az xəbər verir ki, kolumbiyalı futbolçu 2011 və 2012-ci illərdə sözügedən turnirin qalibi olur.
 
Ötən il “Porto”nun formasını geyinən 26 yaşlı hücumçu finalda Portuqaliyanın başqa bir klubu – “Braga” ilə qarşılaşmışdı. Onun 44-cü dəqiqədə vurduğu qol “Porto”nu çempion etmişdi.
 
Bu il isə o, “Atletico” ilə finala çıxıb. “Athletic” üzərində 3:0 hesablı qələbə ilə yekunlaşan oyunun 7-ci dəqiqəsində hesabı açan kolumbiyalı 34-cü dəqiqədə fərqi 2:0-a çatdırıb.
 
Falkao ötən il Avroliqada 17, bu il 12 qol vurmaqla ən yaxşı bombardir adını qazanıb. Bu üzdən də sözügedən turniri artıq “Falkaoliqa” adlandırmaq da olar.
 
Artıq Avropa Liqasının ən məhsuldar oyunçuları da məlumdu. Qeyd etdiyimiz kimi, final oyununun qəhrəmanına çevirilən Radamel Falkao turnirin bombardiri olub. O, cari mövsümdə meydanda olduğu 1220 dəqiqədə 12 qola imza atıb. Falkaonu Klaas-Yan Huntelaar izləyir. “Schalke”nin hollandiyalı futbolçusu 945 dəqiqə ərzində 10 qola imza atıb. “Atletico”dan Adrian Lopes isə oynadığı 946 dəqiqədə 8 dəfə rəqib qapıçıları məyus edə bilib.
 
Ən çox məhsuldar ötürmə edən futbolçu da “Atletico”nun foomasını geyinir. Belə ki, Madrid klubundan braziliyalı Dieqo 859 dəqiqə ərzində 6 dəfə qol ötürməsi verib. Türkiyənin “Beşiktaş” klubundan portuqaliyalı Manuel Fernandes (720 dəqiqə) 5 dəfə məhsuldar ötürmə edə bilib. İlk üçlüyü “Metallist”dən argentinalı Joze Ernesto Sosa (886 dəqiqə) qapayır – 5 ötürmə.
 
Bombardirlər
 
1. Radamel Falkao (Atletico) – 12
2. Klaas-Yan Huntelaar (Schalke) – 10
3. Adrian Lopes (Atletico) – 8
4. Matias Suares (Anderlecht) – 7
5. Fernando Llorente (Athletic) – 7
6. Dmitri Siçev (Lokomotiv M) – 6
7. Rikki van Volfsvinkel (Sporting) – 6
 
Məhsuldar ötürmələr
 
1. Dieqo (Atletico) – 6
2. Manuel Fernandes (Beşiktaş) – 5
3. Joze Ernesto Sosa (Metallist) – 5
4. Giorgos Georgiadis (PAOK) – 4
5. Ola Con (Twente) – 4
6. Dries Mertens (PSV) – 4
7. Dieqo Kapel (Sporting) – 4
8. Kleyton (Metallist) – 4

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.