10 may 2012 13:53

Andrey Mureşan: XL Qarabağdan daha güclüdü

“Xəzər Lənkəran”ın müdafiəçisi Andrey Mureşan azerisport.az saytına müsahibəsində “Qarabağ”a qarşı keçiriləcək mövsümün son oyunundan, avrokuboklara çıxmaq şanslarından danışıb, klubdakı gələcək taleyi ilə bağlı fikirlərini açıqlayıb.
 
- Mövsümün son və həlledici oyununa necə hazırlaşırsız?
- Komandada hər şey normaldı, hazırlıqlar öz qaydasıyla gedir. Biz başa düşürük ki, bu oyun nə dərəcədə vacib əhəmiyyət daşıyır. “Qarabağ”a qələbə çox lazımdı. Amma bu, bizim özümüzə də lazımdı. Bir sözlə məhz bu oyun hansı komandanın Avropa Liqasına yollanacağına aydınlıq gətirəcək.
 
- Amma “Qarabağ” final mərhələsinə yaxşı start verməsinə rəğmən, son dövrlər o qədər də uğurlu çıxışı ilə seçilmir...
- Mən “Qarabağ”ı tanıyıram. Bu, çox yaxşı və güclü komandadı. Onların oyunçuları kifayət qədər uzun müddətdi bir yerdə çıxış edirlər. Odu ki, rəqib futbolçuların meydanda anlaşma baxımından problemləri yoxdu. Bu cəhətdən onlara çatan da yoxdu. Amma hər şeyə rəğmən, bizim onlardan daha güclü olduğumuzu düşünürəm.
 
- “Qəbələ” ilə oyunda niyə qələbə qazana bilmədiniz?
- Fikrimcə, bizdə sadəcə bir az bəxt çatışmadı. Biz hesabda öndə idik. Lakin sonradan rəqibə topla daha çox oynamaq imkanı yaratdıq. Nəticədə də qapımızda qol gördük.
 
- Son turda paralel olaraq “İnter” də “Bakı”nı məğlub etməyə çalışacaq. Sizin üçün də az əhəmiyyət kəsb etməyən bu oyunla maraqlanırsızmı?
- Xeyr. Bizim üçün daha vacib olan öz oyunumuzdu və biz yalnız bunu düşünürük. “Xəzər Lənkəran” son oyunda qələbə qazanmaq və Avropa Liqasına vəsiqəni rəsmiləşdirmək istəyir. Odu ki, bizim əsas hədəfimiz qələbədi.
 
- Avrokuboklardan kənar qalsaz, bunu necə qiymətləndirmək olar?
- Bu, faciəyə bərabər bir şey olacaq. “Xəzər Lənkəran” hər mövsüm çempionluq uğrunda mübarizə aparır. Lakin indiki zamanda avrokuboklara gedə bilməmək geriyə doğru böyük bir addım sayıla bilər. Biz daim öndə olmaq istəyirik. Ona görə də Avropa Liqasına getmək üçün əlimizdən gələni edəcəyik.
 
- Yunis Hüseynov sizin üçün “Xəzər Lənkəran”da ilk yerli baş məşqçi oldu. Onunla işbirliyi haqda nə deyərdiz?
- Mən onun məşqçilik bacarığı barədə heç nə deyə bilmərəm. Çünki bu, mənim tərəfimdən düzgün olmaz. Amma çox yaxşı inşandı. Biz ümumiyyətlə klubda böyük bir ailəyik. Amma belə əgər məşqçi oynamağımı istəsə, çıxıb oynayıram. Vəssalam.
 
- Klubla müqavilənizin müddəti tezliklə başa çatacaq. “Xəzər Lənkəran” avrokuboklara çıxa bilməsə, komandada qalacaqsız?
- Bəli, mənim “Xəzər Lənkəran”la müqaviləmin müddəti başa çatmaq üzrədi. Amma buna baxmayaraq, hələ də bütün fikirlərim bu komandaya yönəlib. Qoy çempionat tam başa çatsın. Ondan sonra oturub məşqçilərlə, klub rəhbərliyi ilə hər şeyi müzakirə edərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.