10 may 2012 14:32
Millimizin forvardı İstanbulda əməliyyat olundu
Futbol üzrə Azərbaycan yığmasının və “Qəbələ”nin hücumçusu Murad Hüseynov İstanbulda əməliyyat edilib. Azerisport.az xəbər verir ki, o, klubun tibbi tərəfdaşı olan “Acıbadem” xəstəxanasında əməliyyat olunub.
Ayaq biləyində yaranan problemə görə cərrah bıçağı altına yatan Hüseynovun əməliyyatı uğurla sona çatıb. Artıq ayağa qalxan hücumçunun yaxın bir neçə həftədə bərpa prosesini tamamlayacağı və komandanın növbəti mövsüm üçün hazırlıqlarına qatılacağı gözlənilir.
