10 may 2012 15:02

Tahir Gözel: Tək hədəfimiz var: Avropa!

“Qarabağ” sabah Premyer Liqanın cari mövsümündə son matçına çıxacaq. Azerisport.az xəbər verir ki, avrokubokların taleyini həll edəcək mücadilə mövsümün ən vacib oyunu durumuna gəlib.
 
Daim “Qarabağ”ın yanında olan klubun vitse-prezidenti Tahir Gözel yenə də ənənəsinə sadiq qalıb. O, “Azersun Holding”in rəhbərlərindən Fevzihan Arasla birgə komandaya vacib oyunöncəsi dəstək vermək üçün hər kəsi bir araya toplayıb. Öncə başqan Şuşanın ermənilər tərəfindən işğal olunması haqqında danışıb. Həyatda insan olmanın daha vacib ünsür olduğunu qabardan başqan futbolçulara sosial və ictimai məsuliyyətlərini dərk etmələrinin mühümlüyünü anladıb. Ardınca kainat haqqında film izlənilib. Maarrifləndirici xarakter daşıyan filmdə kainat və insan müqayisəsi Tahir bəyin özünəməxsus açıqlamalarıyla rəngləndirilib.
 
Tahir Gözəl sonda komandaya inandığını və “Xəzər Lənkəran”la oyunda onlardan ancaq xoş xəbər gözlədiyini ifadə edib. Səmimi mühitdə keçən görüşdən sonra o, klubun rəsmi saytına müsahibə verib.
 
- Tahir bəy, hər zaman komandayla birgə olanda nəinki idman, daha çox ümumbəşər məsələlərə toxunmaqla yadda qalırsız...
- “Qarabağ” bizim üçün sadəcə futbol komandası deyil. İnsanlaşmanın, günü-gündən qloballaşan dünyamızda məsuliyyətimizin daha da artdığı məqamda insan faktorunun qiyməti hər an çoxalır. Biz bir ailə olaraq bir-birimizə daha çox bağlıyıq. Bir-birimizi sevdiyimizə görə içimizdəki gözəllikləri üzə çıxarmağa çalışırıq. Bugünki toplantımızda bu məqsədə xidmət edir.
 
- Hər halda klub başqanının bu addımı xoş bir təəccübə səbəb oldu...
- Futbol komandası daim bir futbol stressinin içində olur. Burda məqsədimiz komandanı bir kosmos səyahətinə çıxarıb onları bu stressdən uzaqlaşdırıb vacib oyunöncəsi rahatlaşdırmaqdı. Bakımızda belə möhtəşəm “planetarium” varsa, ondan faydalanmaq lazımdı. Belə vacib oyunöncəsi komandamızın yanında olmalıyıq. Zənnimcə, bu, bizə faydalı oldu. Komandanın stressdən qurtulmasını görmək xoş idi.
 
- Adətən klub rəhbərləri komandalarını ancaq xoş gündə xatırlayırlar. Amma siz çətin məqamlarda komandaya sahib çıxmağı xoşlayırsız...
- Bir komandanın yaxşı və pis günü olmur. Bu, mübarizədi. Heç bitməyən mübarizə. Əgər amalımız uğrunda sona qədər vuruşacağıqsa, daim bir olmalıyıq. Komanda daim öz birliyini hiss etməlidi. “Qarabağ”ın bir fəlsəfəsi var: Əvvəl mənəviyyat, ardınca birlik-bərabərlik. Bunu heç kimsə dağıda bilməz. Heç bir güc, heç bir məğlubiyyət, heç bir itki bizim ruhumuza təsir göstərə bilməz. Eyniylə, uğur qazandığımızda belə öz yolumuzu gedəcəyik. Məğlubiyyət də bizim üçün dünyanın sonu deyil. Bir də ki, meydan düz, top yumrudur. Burda hər saniyənin öz hökmü var. Ən ümidsiz məqamda belə ümid işığı yana bilər. Mən istəyirəm ki, “Qarabağ” daim təslim olmayan, sona qədər mübarizə aparma fəlsəfəsini özünə aşılasın. Bu, bizim mütləq həqiqətimizdi. Mənə görə “Qarabağ”ın anlamı budur. Bu, bizim mesajımızdı bütün dünyada: “Biz təslim olmayacağıq, biz axıra kimi vuruşacağıq”. Bizim 1 milyondan çox məcburi köçkünümüz var. Bu mübarizə, təslim olmama ruhu bizim duruşumuza və futbolumuza da yansımalıdı.
 
- Tahir bəy, hər zaman vacib matçlardan öncə fərqli motivasiya üsüllarından yararlanırsız. Bu dəfə nə düşünmüsüz?
- “Qarabağ” avrokuboklarda Azərbaycanın ən uğurlu təmsilçisidi. Bu, həmin komandadı ki, 3 ildi bütün məmləkətə sevinc bəxş edir. Mən hər zaman futbolçularıma deyirəm ki, “Qarabağ” hər şeyə qadirdi. “Qarabağ” üçün mümkünsüz heç nə yoxdu. Son illər sabitliyimiz göz önündədi. Mən komandama, azarkeşimə inanıram. İnanıram ki, biz adımızın böyüklüyünü bir daha göstərəcəyik. “Qarabağ”ın adı avropada hallanmalıdı. Bu, bizim borcumuz, məqsədimizdi. Ona gərə də tək hədəfimiz var: Avropa!
 
- “Qarabağ”ı ən çətin məqamda qəbul etmisiz. Azərbaycanda ən uzun müddətə çalışan klub rəhbərisiz. İlk gündən bu günə nələr dəyişib?
- Mən bu misalı xatırlamağı çox xoşlayıram. Mən heç vaxt unuda bilmirəm ki, Londonda taksiyə minəndə  sürücü məndən haralı olduğumu soruşdu. Dedim ki, azərbaycanlıyam. Deyəndə fikirləşdim ki, yəqin neft ölkəsi olduğumuza görə bizi tanıdı. Dedim neftimizə görə tanıyırsan? Dedi ki, yox! Onun “Qarabağ”ın “Rosenborg”u udduğuna görə Azərbaycanı tanıdığını deyəndə mənim hansı hallar keçirdiyimi təsəvvür edə bilməzsiniz. Bu, bizim qələbəmiz idi. Dünyaca məşhur Stiv Maklarenin “Siz, “Qarabağ”la fəxr etməlisiz” deməsi bizim üçün ən böyük hədiyyə idi. Demək, neçə illər çəkdiyimiz əziyyət boşa getməyib. “Qarabağ” Azərbaycanı beynəlxalq aləmdə tanınmasında az iş görmədi. Təbii ki, bu, bizim üçün son deyil. Bu il də avrokuboklara vəsiqə qazanıb uğurla çıxış etmək ən böyük hədəfimizdi.
 
- Belə vacib oyunöncəsi hər kəs başqan sözü gözləyir...
- Mən tərəfdarlardan möhtəşəm dəstək gözləyirəm. Stadionda olan və olmayanlar, ürəyi “Qarabağ”la döyünən hər bir insan duasıyla “Qarabağ”ın yanında olmalıdı. İnanıram ki, Lənkəranda azarkeşlərimiz bütünlüyümüzün nəticəsi olaraq “Qarabağ”ın zəfərini qeyd edəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.