10 may 2012 16:33
“Gücümüzü kubok oyunu üçün qorumağımızı düşünənlər yanılırlar”
“Bakı”nın baş məşqçisi Novruz Əzimov Premyer Liqanın 32-ci turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İnter”lə oyuna ciddi hazırlaşırıq. Təəssüf ki, qarşıdakı oyunda bizə Maris Verpakovski kömək edə bilməyəcək. Onunla yanaşı Aleksandr Şoliç, Uinston Parks və Juniorun da meydana çıxmayacağı dəqiqdi. Elvin Əliyevlə Duje Bakoviç isə ümumiyyətlə uzun müddəti komandaya kömək edə bilmirlər. Mən başa düşə bilmirəm ki, niyə bəziləri “Bakı”nın son turda tam gücüylə oynamayacağını hesab edir. Düzdü, bizi qarşıda “Neftçi” ilə kubokun final matçı da gözləyir. Əgər kimsə hesab edirsə ki, biz aparıcı futbolçularımızı həmin kubok oyununa qoruyub saxlayırıq, düz fikirləşmir. Bu, belə deyil. “İnter”lə oyunda kimlər hazır olacaqsa, onlar da meydana çıxacaq. “Neftçi” barədə isə “İnter”lə oyundan sonra düşünəcəyik”.