10 may 2012 18:17
Vəli Qasımov: Valeri Qazzayev də Pro-ya görə 3-4 dəfə imtahan verib
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov azerisport.az saytına müsahibəsində PRO məşqçilik lisenziyası ala bilməməsindən, eləcə də klublarımızın avrokubok şanslarından danışıb.
- “Qarabağ”ın avrokuboklardan kənarda qalmaq təhlükəsiylə üzləşməsini siz necə qarşıladınız?
- Çox pis alındı. Son illərdə ancaq bu komanda bizi uğurlu nəticələri ilə sevindirə bilirdi. Ona görə də istərdim ki, Qurban Qurbanovun komandası yenidən Avropa Liqasına vəsiqə qazansın. Amma bu, layiqli şəkildə olmalıdı.
- Bunu necə başa düşək?
- Əgər komanda mövsümün nəticələrinə görə avrokuboklara layiq deyilsə, deməli, orda da heç nə edə bilməyəcək. Düzdü, bu komanda ən gözəl futbol sərgiləyən klubumuzdu. Amma əgər avrokuboklara gedə bilməsələr, bu, onların öz günahıdı. Bunu normal qarşılamaq lazımdı.

- O zaman sizcə azərbaycanlı futbolsevərlər hansı klubumuzdan uğur gözləyə bilər?
- Avrokuboklarda çıxış edəcək bütün klublarımızdan. “Neftçi” heyətini dəyişməyib. Görək, onlar bu mövsüm Çempionlar Liqasında nə edə biləcək.

- “Neftçi”nin çempionluğunu ədalətli hesab edirsiz?
- Prinsipcə, hər şey qanunauyğundu. Bakılılar bütün mövsüm boyu yaxşı və sabit oyun sərgilədilər. Məsələn, “Xəzər Lənkəran”da məhz həmin sabitlik çatışmırdı.

- Rəşad Sadiqovun “Qarabağ”dan vaxtından öncə ayrılması böyük rezonans doğurdu. Siz bu məsələyə necə münasibət bəsləyirsiz?
- Mən hər şeyin etik qaydalar çərçivəsində həyata keçirilməsini istərdim. Gərək hər şey peşəkar səviyyədə ediləydi. Burda iki səbəb olar bilər: ya klubdaxili problem ya da başqa klubda çıxış etmək arzusu. Şübhəsiz ki, belə bir olayın baş verməsi üzücüdü.

- Bu ay Azərbaycan yığması Yaponiya və Andorra ilə iki sınaq matçına çıxacaq. Həmin oyunlar barədə nə düşünürsüz?
- Bu oyunları müqayisə etmək olmaz. Əvvəla oyunlar arasında müəyyən intrerval olacaq. Yaponiya çox ciddi rəqidi. Andorra isə əksinə bir qədər zəifdi. Yaponlar cəld və texnikalıdılar. Bu üzdən də yığmamıza çətin olacaq. Meydan sahibləri həmin oyunun favoritidilər. Amma yaxşı oynamaqla yaponları təəccübləndirə bilərik. Hər halda o oyuna baxmaq maraqlı olacaq.

- Mətbuatda məlumat yayılıb ki, siz PRO məşqçilik kursundan kəsilmisiz...
- Mən də bu barədə oxumuşam. Amma hələ heç nə deyə bilmərəm. Çünki hələ AFFA-dan bununla bağlı mənə heç kim bir söz deməyib. Rəsmi olaraq özüm də heç nə bilmirəm. Mənimlə əlaqə saxlamalıdılar. Əgər verə bilməmişəmsə, yenidən çalışmalı olacam.
- Bu, məşqçi üçün nə dərəcədə xoşagəlməz haldı?
- Normal haldı. Futbol hər gün dəyişilir. Valeri Qazzayev 3-4 dəfə imtahan verməli olub. Bundan ciddi heç nə yoxdu. Əgər keçə bilməmişəmsə, yenidən imtahan verəcəm.