10 may 2012 19:02
Lənkərandakı oyun 3 saat gec başlayacaq
Xəbər verdiyimiz kimi, mayın 12-də Lənkəran şəhər Mərkəzi stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, sözügedən oyununun başlama vaxtı dəyişib.
Belə ki, qarşılaşma, əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 11:00-da deyil, saat 14:00-da başlayacaq.
Maraq üçün bildirək ki, ötən gün bu komandalar arasında keçirilmiş ilk oyunda yığmamız 4:0 hesabıyla qalib gəlib.
