10 may 2012 19:25
Premyer Liqada son turun təyinatları açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci turun oyunlarına təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, ənənəyə uyğun olaraq, hələlik AFFA nümayəndəsi və hakim-inspektorların təyinatları məlumdu.
Hakim təyinatları isə oyun günləri açıqlanacaq. Mövsümün son turunun oyunlarının keçirilmə yerləri, eləcə də təyinatları ilə aşağıda tanış ola bilərsiz.
Qeyd edək ki, turun bütün qarşılaşmaları saat 17:30-da başlayacaq.
Premyer Liqa
32-ci tur
11 may (cümə)
İnter – Bakı
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Şəfa” stadionu.
Xəzər Lənkəran – Qarabağ
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Lənkəran. Şəhər stadionu.
Neftçi – Qəbələ
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
12 may (şənbə)
Rəvan – Sumqayıt
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. Dalğa Arena.
Kəpəz – Simurq
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Gəncə. Şəhər stadionu.
AZAL – Turan
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. AZAL Arena.
