11 may 2012 00:04

Hər şeyin bitdiyi yer

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 2011/12 mövsümünə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, mövsümün qapanış turunun oyunlarından yarısı bu gün, qalanları isə sabah keçiriləcək.
 
İlk oyun günündə iddialılar münasibətlərinə aydınlıq gətirəcəklər. İkinci altılıq komandaları isə sabah meydana çıxacaqlar. Bəribaşdan qeyd edək ki, turun bütün görüşləri eyni saatda (17:30) start götürəcək.
 
Çempionluğunu bir neçə tur öncədən təmin etmiş lider “Neftçi” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Qeyd edək ki, bu görüşü ilk altılıq çərçivəsində baş tutacaq oyunlar arasında ən az əhəmiyyət daşıyan matç adlandırmaq olar. Məsələ burasındadı ki, “Neftçi” üçün heç nəyi dəyişməyəcək qarşılaşmada meydan sahibləri yenə gənc futbolçuların xidmətindən yararlanacaqlar. “Qəbələ” isə daha çox digər oyunların nəticələrindən asılı olaraq, sonuncu pilləni tərk etmək şansına malikdi ki, yalnız buna görə sözügedən qarşılaşmanın ciddi prinsipiallıq daşıdığını demək olmaz.
 
“Neftçi” tarixi ərzində 15 dəfə qarşılaşdığı “Qəbələ” ilə oyunların ümumi balansında üstünlüyə malikdi. Bu komandaların cari mövsümkü oyunlarında istisnasız olaraq meydan sahibləri qalib gəlir. Belə ki, “Neftçi” təsnifat mərhələsində bu rəqibini 2:0 hesabıyla üstələmişdi. Qəbələdəki görüşlərdə də bölgə təmsilçisi doğma meydan amilindən həm təsnifat, həm də final mərhələsində maksimum yararlana bilib - 1:0 və 4:1.
 
Bu görüşdən fərqli olaraq, ilk altılıq çərçivəsində baş tutacaq digər iki oyun əsl ölüm-qalım mübarizəsidi. Məsələ burasındadı ki, həm “İnter” – “Bakı”, həm də “Xəzər Lənkəran” – “Qarabağ” oyunlarında Avropa Liqasına gedəcək son iki klubumuzun adı dəqiqləşəcək.
 
Hazırda 53 xalla 4-cü pillədə olan “İnter” artıq Avropa Liqasına vəsiqəni kubokun finalına çıxmaqla təmin edən “Bakı” ilə görüşdə mütləq qələbə qazanmağa çalışacaq. Qələbə qazanacağı halda, “bankirlər” istisnasız olaraq Avroliqaya vəsiqələrdən birinə sahib çıxacaqlar. Heç-heçə olacağı halda isə, o zaman “İnter” “Xəzər Lənkəran” – “Qarabağ” oyununda cənubluların qələbə qazanmasını arzulamaq məcburiyyətində qalacaq. Çünki ağdamlılar da həmin oyunda 1 xal qazanmış olsa, “İnter” qitə miqyaslı yarışlarda ölkəmizi təmsil etmək hüququ qazana bilməyəcək.
 
Qeyd edək ki, bütövlükdə sayca 30-cu, yubiley dueli ərəfəsində olan “Bakı” “İnter”lə müqayisədə daha çox qalib gəlib. Lakin paytaxtın eyni adlı təmsilçisi texniki nəticə nəzərə alınmamaqla son 4 səfər görüşündə qələbəyə həsrətdi. Həmin texniki məğlubiyyət də “İnter”ə bu mövsümün əvvəlindəki qalmaqallı oyuna görə verilmişdi. “Bakı” bu mövsüm öz evində “İnter”lə ilk oyunda da 1:0 hesablı qələbəyə sevinmişdi. Amma final mərhələsindəki görüşdə oxşar qələbə “İnter”ə qismət olmuşdu.
 
“Xəzər Lənkəran” – “Qarabağ” oyununda isə vəziyyət daha gərgin olacaq. Çünki paytaxt derbisində qələbə sadəcə “İnter”ə lazım idisə, bu görüşdə hər iki tərəfə 3 xal hava-su kimi lazımdı. Düzdü bu oyunda “Qarabağ” məğlub olacağı halda da Avroliqaya vəsiqə qazana bilər. Ağdamlılar bunun üçün eyni zamanda “Bakı”nın “İnter”i məğlub etməsini arzulamalı olacaqlar. Heç-heçə də Qurban Qurbanovun komandasını sevindirə bilər. Təbii ki, yenə Bakıdakı görüşün heç-heçə bitməsi və ya “Bakı”nın qələbə qazanması halında. Lənkəranda qazanılacaq qələbə isə “Qarabağ”ı “İnter” – “Bakı” matçının nəticəsindən asılı olmayaraq növbəti mərhələyə çıxaracaq.

“Xəzər Lənkəran”a gəlincə, bu komandaya qələbə ilə yanaşı, ən azı heç-heçə də sərf edir. Yunis Hüseynovun komandası yalnız məğlub olacağı halda Avropa Liqasından kənar qala bilər. Odu ki, “ağ-yaşıllar” doğma meydanda ən azı uduzmamağa çalışacaqlar.

Bütövlükdə, “Qarabağ” 22-ci duel ərəfəsində rəqibindən 1 qələbə çox qazansa da, top fərqində “Xəzər Lənkəran” öndədi. Lakin cənublular son 3 ev oyununda bu rəqibinə qalib gələ bilmirlər.

Bu mövsüm “Qarabağ”ın “Xəzər Lənkəran”la ev oyunlarının hər ikisinin taleyini 1 qol həll edib. Təsnifat mərhələsində qələbə “Xəzər Lənkəran”a, final mərhələsində isə “Qarabağ”a qismət olub. Lənkəranda keçirilən ilk oyunda isə hesab açılmayıb - 0:0.
 
Turun digər oyunları şənbə günündə baş tutacaq. İkinci altılığın lider AZAL evdə “Turan”la qarşılaşacaq. “Təyyarəçilər” mövsümü öz qrupunun lideri olaraq başa vurmaq üçün qələbə qazanmağa çalışacaq. Lakin paytaxt klubuna bunun üçün heç-heçə də yetərlidi. Çünki 1 xal qazanacağı halda şüvəlanlılar əsas izləyiciləri olan “Rəvan” üçün əlçatmaz olacaqlar. Məğlub olacaqları halda isə zirvəni əldən vermələri labüd olacaq. Tarixi ərzindəki son 3 ev oyununda “Turan”a xal verməyən AZAL ümumi balansda da böyük üstünlüyə malikdi. Üstəlik cari mövsüm bu komandaların duelində qonaqlar qələbəyə həsrət qalıb. Tovuzdakı oyunlardan birincisində hesab açılmayıb - 0:0. Final mərhələsindəki oyunda isə “Turan” 3:0 hesablı darmadağına imza atıb. AZAL yalnız Bakıdakı oyunda 3:2 hesabıyla qalib gələ bilib.

AZAL-ın əsas izləyicisi olan “Rəvan” da turnir cədvəlinin son pilləsində qərarlaşan “Sumqayıt”ı qəbul edəcək. Bu görüşdə bakılılar AZAL-ın məğlubiyyətini arzulamaqla yanaşı qələbə qazanıb 7-ci pilləni tutmağa çalışacaqlar. “Sumqayıt” isə öz növbəsində “Turan”ın məğlubiyyətini arzulamaqla bu görüşdə qalib gəlib zirzəmidən çıxmaq istəyir. Qeyd edək ki, bu komandalar yalnız cari mövsümdə üz-üzə gəliblər. Hələ rəqibinin qapısına qol vurmayan “Sumqayıt” qələbəyə də həsrətdi.
“Rəvan” bu rəqibiylə ev oyununda hesabı aça bilməsə də, Sumqayıtda keçirilən hər iki qarşılaşmada eyni hesabla (1:0) üstün olub.
 
Turnir cədvəlində qonşu olan “Kəpəz”lə “Simurq” da Gəncədə üz-üzə gələcəklər. İndiyə qədər 8-ci dəfə qarşılaşan rəqiblərin duellərində “Simurq” üstünlüyə malikdi. Lakin cari mövsümdə bu komandaların oyunlarında qonaqlar qalib gələ bilmir. Zaqatalada keçirilən oyunda “Simurq” 4:2 hesabıyla üstün olmuşdu. “Kəpəz” Gəncədəki ilk oyunda 2 cavabsız qolla qələbə qazanaraq, həmin yenilginin qisasını almışdı. Final mərhələsində Zaqatalada keçirilən oyunda isə sülh qeydə alınmışdı - 1:1. Bu görüşdə “Kəpəz”ə 9-cu pillədə qalmaq üçün heç-heçə bəs edir. “Simurq” isə mövsümü bir pillə öndə bitirmək üçün mütləq səfərdən qələbə ilə dönməlidi.
 
Premyer Liqa
32-ci tur
11 may (cümə)
 
İnter – Bakı
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Şəfa” stadionu.
 
Xəzər Lənkəran – Qarabağ
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Lənkəran. Şəhər stadionu.
 
Neftçi – Qəbələ
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
 
12 may (şənbə)
 
Rəvan – Sumqayıt
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. Dalğa Arena.
 
Kəpəz – Simurq
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Gəncə. Şəhər stadionu.
 
AZAL – Turan
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. AZAL Arena.
 
1
Neftçi
31
20
3
8
55 - 29
26
63
2
Xəzər L
31
16
8
7
40 - 27
13
56
3
Qarabağ
31
15
8
8
36 - 24
12
53
4
İnter
31
15
8
8
28 - 21
7
53
5
Bakı
31
15
5
11
42 - 35
7
50
6
Qəbələ
31
14
7
10
42 - 32
10
49
 
 
1
AZAL
31
11
8
12
43 - 44
-1
41
2
Rəvan
31
9
11
11
36 - 37
-1
38
3
Kəpəz
31
9
5
17
35 - 54
-19
32
4
Simurq
31
7
10
14
26 - 41
-15
31
5
Turan
31
6
7
18
26 - 41
-15
25
6
Sumqayıt
31
6
6
19
25 - 49
-24
24
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi)
11 - Yuri Fomenko (Kəpəz)
10 - Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Flavinyo (Neftçi)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.