11 may 2012 13:55

İqor Mitreski: Üçqat Azərbaycan çempionu olmaq istəyirəm

“Neftçi”nin müdafiəçisi İqor Mitreski azerisport.az saytına müsahibəsində Premyer Liqanın 32-ci turunun “Qəbələ”yə qarşı keçirəcəkləri oyundan, mövsümün yekunlarından, ölkə kubokunun finalından, eləcə də Çempionlar Liqasından danışıb.

- “Qəbələ” ilə oyun üçün hansısa motivasiya var?
- Bəli. Düzdü biz sona iki tur qalmış çempionluğumuzu təmin etmişdik. Amma bu, o demək deyil ki, qalan oyunlarımız bizim üçün vacib deyil. Biz son tura kimi qələbə üçün oynayacağıq. Adi qaydada hazırlaşırıq. “Qəbələ” ciddi rəqibdi. Amma biz qələbə qazanıb, çempionluğumuzu layiqli şəkildə bayram etmək istəyirik. Hamıya məlumdu ki, mövsümü major notlarla bitirmək çox möhtəşəmdi. “Qəbələ” üzərində qələbə həm də “Bakı” ilə kubok oyunu öncəsi atmosferi daha da yaxşılaşdıra bilər.
 
- Bu mövsümü “Neftçi” üçün necə dəyərləndirərdiz?
- Komanda əla mövsüm keçirir. Hələ mövsümün əvvəlində prezident Sadıq Sadıqov, baş məşqçi Böyükağa Hacıyev bizə çempionluqdan danışmışdı. Odu ki, hamı bu hədəfə çatmaq üçün çalışırdı. Bizdə komanda ruhu var və birlikdə çox güclüyük. Buna görə də bütün rəqiblərimizi məğlub etməyi bacardıq. “Neftçi”nin bu qələbəsini ədalətli hesab edirəm. İndi qalır yalnız Azərbaycan kubokuna sahib çıxmaq. Çempionluqdan daha yaxşı ancaq “qızıl dubl”a imza atmaq ola bilər.
 
- Klubla müqavilənizi yeniləmisiz?
- Biz müqavilənin bütün detallarını müzakirə etmişik. Hətta onun imzalandığını da demək olar. Amma hələ şərtlər və müddət barədə danışmaq istəmirəm. Mən artıq bəyan etmişəm ki, karyeramı “Neftçi”də başa vurmaq istəyirəm. Kollektivdə gözəl atmosfer hökm sürür, diqqətli prezidentimiz, yaxşı baş məşqçimiz var. Futbolçu üçün daha nə lazımdı ki? Biz də öz növbəmizdə Çempionlar Liqasında ümidləri doğrultmağa çalışacağıq.
 
- “Neftçi”də sizə belə gözəl münasibət hardandı?
- Məni artıq yaşlı futbolçu adlandırmaq olar. 30-dan yuxarı yaşın varsa, komandanı dəyişmək yaxşı deyil. Əgər indi “Neftçi”də hər şey məni qane edirsə, niyə qalmamalıyam ki? Mənim ilk xarici klubum Moskva “Spartak”ı olub ki, onunla da Rusiya çempionu adını qazanmışam. İndi “Neftçi”də ardıcıl ikinci çempionluğumu bayram edirəm. Bu, sadəcə möhtəşəmdi. Gələcəkdə üçqat Azərbaycan çempionu olmağı arzulayıram.

- Sizcə, “Neftçi”nin bu çempionluğu ötən ilki zəfərdən nə ilə fərqlənir?
- Heyət baxımından həmin komandadı. Yalnız baş məşqçi dəyişilib. Aydın məsələdi ki, çempion heyəti qurmaq çox çətindi. Amma “Neftçi” ötən mövsüm bir neçə yaxşı transfer həyata keçirdi, döyüşkən kollektiv yarandı. Bu mövsüm isə həmin heyəti qoruyub saxlamaqla növbəti titulumuzu qazandıq. Hər iki mövsümdə biz hamıdan güclü idik. “Neftçi” ildən-ilə daha da güclü olur, təcrübə və xarakter toplayır. Lakin təbii ki, hər komandanın çatışmayan cəhətləri də olur.
 
- “Bakı” ilə kubokun finalı barədə nə düşünürsüz?
- Final oyunlarında favorit olmur. “Bakı” çempionatda uğursuz çıxış etsə də, finalda tam fərqli oyun sərgiləyəcək. Matç hər iki komanda üçün çətin keçəcək. “Zolaqlılar”la son çempionat oyununda tam heyətlə oynamadığımız üçün məğlub olduq. Final görüşündə isə meydana optimal heyətlə çıxacağıq.
 
- Mümkün oyun sonrası penaltilərə hazırsız?
- Biz kuboku qazanmaq istəyiriksə, hər şeyə hazır olmalıyıq. Amma buna vaxtında nail olmaq daha yaxşı olardı.
 
- “Neftçi”dən Çempionlar Liqasında nə gözləyək?
- Bizim ilkin hədəfimiz ikinci təsnifat mərhələsini uğurla adlamaqdı. ÇL-də hər ölkənin ən güclü komandası çıxış edir. Ona görə də çox şey püşkdən asılıdı. Əsas ilk mərhələni keçməkdi, sonrasına da baxarıq. Təbii ki, istənilən rəqiblə oynamağa hazırıq. Lakin ilk növbədə öz oyunumuz haqda düşünməliyik, rəqib barədə yox.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.