11 may 2012 15:17
Ruslar Aleksandr Səmədovu AÇ-2012-yə aparası olmadı
Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Dik Advokat AÇ-2012-yə hazırlıq üçün çağırdığı futbolçuların adlarını açıqlayıb. Azerispor.az xəbər verir ki, hollandiyalı mütəxəssis 26 oyunçuya dəvət göndərib.
Onların arasında Azərbaycan millisindən imtina etmiş Aleksandr Səmədov və Emin Mahmudov yoxdu. Hazırlıq prosesinə mayın 20-də Moskvada start veriləcək. Şimal qonşularımız iyunun 8-də start götürəcək qitə çempionatından öncə 3 yoxlama matçına çıxacaq. Advokatın komandası mayın 25-də Uruqvay, mayın 29-da Litva, iyunun 1-də isə İtaliya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatında iştirak üçün Ukrayna və Polşaya yollanacaq 23 futbolçudan ibarət yekun heyət mayın 29-da Bakı vaxtı ilə saat 15:00-dək açıqlanmalıdır. Çempionat iyulun 1-də yekunlaşacaq.
Qapıçılar: İqor Akinfeyev (CSKA), Vyaçeslav Malafeyev (Zenit), Anton Şunin (Dinamo, Moskva);
Müdafiəçilər: Aleksandr Anyukov (Zenit), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç (hamısı CSKA), Vladimir Qranat (Dinamo, Moskva), Yuri Jirkov (Anji), Dmitri Kombarov (Spartak, Moskva), Roman Şaronov (Rubin), Roman Şişkin (Lokomotiv).
Yarımmüdafiəçilər: İqor Denisov, Konstantin Zıryanov, Roman Şirokov (hamısı “Zenit”), Denis Qluşakov, Maqomed Ozdoyev (hər ikisi “Lokomotiv”), İqor Semşov (Dinamo, Moskva).
Hücumçular: Andrey Arşavin, Aleksandr Kerjakov (hər ikisi “Zenit”), Alan Dzaqoyev (CSKA), Artyom Dzyuba (Spartak, Moskva), Marat İzmaylov (Sporting, Portuqaliya), Aleksandr Kokorin (Dinamo, Moskva), Roman Pavlyuçenko (Lokomotiv), Pavel Poqrebnyak (Fulham, İngiltərə).
