11 may 2012 15:36
Bundesliqadan Premyer Liqaya
Almaniyanın “Cologne” klubundan istefaya göndərilən Steyl Solbakken özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, norveçli mütəxəssis Almaniyanı İngiltərəyə dəyişib.
Belə ki, o, Premyer Liqanın cari mövsümündə uğursuz çıxışı ilə diqqət çəkən və nəticədə elitanı tərk edən “Wolverhampton”a baş məşqçi təyin olunub. Artıq İngiltərə klubu bu təyinatla bağlı rəsmi açıqlama yayıb.
Solbakken bu postda Mik Makkartini əvəzləyib. Maraq üçün xatırladaq ki, norveçli çalışdırıcı “Kopenhagen”i dörd dəfə ölkə çempionu etdikən sonra Çempionlar Liqasının qrup mərhələsinə çıxarmış, ardından Bundesliqa klubuna baş məşqçi təyin olunmuşdu. Lakin onun Köln klubundakı fəaliyyəti istənilən qədər uğurlu alınmadı və mövsüm başa çatmamış “Cologne” rəhbərliyi Solbakkenə qapını göstərdi.
