11 may 2012 16:23
Yaponiya Azərbaycanla oyun öncəsi itki ilə üzləşdi
Futbol üzrə Yaponiya yığması Azərbaycanla keçiriləcək yoldaşlıq oyunu öncəsi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Almaniyanın “Stuttgart” klubunun hücumçusu Sindzi Okazaki sözügedən oyunda komandasına kömək edə bilməyəcək.
Buna Okazakinin güclü soyuqdəymə ilə üzləşməsi səbəb olub. O, bu üzdən yığmamızla oyuna kimi hazır ola bilməyəcək.
Qeyd edək ki, mayın 23-də, Şizuoka şəhərindəki “Ekopa” stadionunda keçiriləcək Yaponiya və Azərbaycan milli komandaları arasındakı yoldaşlıq oyunu yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə saat 15:15) başlayacaq.
