11 may 2012 17:04
Qarabağ Lənkərandan qələbə ilə dönəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 32-ci turunun “Xəzər Lənkəran” – “Qarabağ” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə siz də tanış olun.
Maraqlıdı ki, səfərdə çıxış etməsinə baxmayaraq, respondentlərin əksəriyyəti bu görüşdə məhz “Qarabağ”ın qalib gələcəyini düşünür. Onların 52 faizi (202 səs) bu varianta səs veriblər.
Avropa Liqasına vəsiqə uğrunda mübarizədə “Xəzər Lənkəran”ın qələbə qazanacağını düşünənlər isə bir qədər azlıq təşkil edir. Cənubluların meydandan 3 xalla ayrılacağını güman edənlər 38 faizdi (146 səs).
Bu görüşün heç-heçə başa çatacağına isə 10 faiz (39 səs) səs verib.
