11 may 2012 17:22
Neftçinin futbolçusunu yığmamızda Qəbələnin oyunçusu əvəzlədi
Mayın 15-dən 19-a qədər Kişinyov şəhərində təşkil olunacaq “FA of Moldova Cup” turnirində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, “Neftçi” klubunun üzvü Ravil Məmmədov səhhəti ilə əlaqədar heyətdən çıxarılıb.
Onun əvəzində “Qəbələ” klubunda çıxış edən İbrahim Aslanlı yığmaya dəvət olunub. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
