11 may 2012 20:14
Novruz Əzimov: Bu qədər səhv buraxmamalıydıq
“Bakı”nın məşqçisi Novruz Əzimov Premyer Liqanın 32-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“İnter”i Avropa Liqasına çıxması və qələbə qazanması münasibətilə təbrik edirəm. Bu oyunda gənc futbolçulara şans verdim, lakin onlar özünü doğrultmadılar. Bəzi epizodlarda futbolçular mübarizədən yayınırdı, özlərini qoruyurdular. Rəqibin çoxlu qol imkanları olsa da, yalnız birindən istifadə edə bildi. Qarşıda kobokun final oyunu var. Müdafiədə bu qədər səhv buraxmamalıydıq. Kubokun finalına daha yaxşı hazırlaşmalıyıq”.
