11 may 2012 20:23
Yunis Hüseynov: Qurban Qurbanovu yaxşı başa düşürəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 32-ci turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı komandasının 4:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Qalib gəlib Avropa Liqasına vəsiqə qazandığımız üçün çox sevinirəm, komandaya gözəl oyuna görə təşəkkürümü bildirirəm. Lakin digər tərəfdən də “Qarabağ” kimi komandanın avrokuboklardan kənarda qalmasına üzülürəm. Məğlub olsaydıq biz Avropa Liqasına qatıla bilməyəcəkdik. Buna görə də Qurban Qurbanovu yaxşı başa düşürəm”.
