11 may 2012 20:29
Qurban Qurbanov: Xırda səhvlərdən ard-arda qollar buraxdıq
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 32-ci turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 1:4 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“İlk növbədə Yunis Hüseynovu qələbə münasibətilə təbrik edirəm. Avropa Liqasına vəsiqə qazandılar. Hər iki komanda üçün bu oyun çox böyük önəm kəsb edirdi. Xırda səhvlərdən ard-arda qollar buraxdıq. Bu gün rəqibimizin oyunu alındı, bizimki isə alınmadı”.
