11 may 2012 20:35
“Futbolçuları Neftçiylə oyuna kökləmək çətin idi”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 32-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 1:0 hesablı qələbəyə sevindiyi görüşdən sonra bunları dilə gətirib:
“Fikrimcə, bugünkü konfransın əsas mövzusu “Neftçi”nin çempion olmasıdı. “Neftçi”ni çempion olması münasibətilə bir daha təbrik edirəm. Avrokuboklarda bütün komandalara uğurlu çıxış etməyi arzulayıram. Futbolçuları bu oyuna kökləmək çətin idi. Lakin qələbə qazana bildik. Komandama təşəkkür edirəm”.
