11 may 2012 20:46
“Çempionlar Liqasında azarkeşlərin etimadını doğrultmağa çalışacağıq”
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 32-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“İlk olaraq bütün “Neftçi”sevərləri çempionluq münasibətilə təbrik edirəm. Uzun və ağır marafon oldu. Lakin son iki oyuna komanda köklənə bilmədi. Futbolçularda arxayınçılıq var idi. Bahodir Nasimovun olmaması özünü göstərdi. Yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Bu kubok öncəsi son məşq kimi idi. “Qəbələ”yə növbəti mövsümdə uğurlar arzu edirəm. “Qəbələ” yaxşı təşkilatlanmış komandadı. Çempionlar Liqasındakı çıxışımızda azarkeşlərin etimadını doğrultmağa çalışacağıq”.
