11 may 2012 20:53
Şuşa əlavə vaxtda yıxıldı
Bu gün futbol üzrə Azərbaycan birinci divizionunda 30-cu turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, mövsümün qapanış turunun ilk oyun günündə cəmi 1 görüş baş tutub.
Gəncədə "Tərəqqi" "Şuşa"nı qəbul edib. Qarşılaşmada uzun müddət qapılara qol vurulmayıb. Lakin hamı görüşün qolsuz heç-heçə ilə başa çatacağını gözlədiyi vaxtda səhnəyə çıxan Pərviz Bayramov hesabı açmaqla meydan sahiblərinə çox vacib qələbə qazandırıb.
Birinci divizion
30-cu tur
11 may
Tərəqqi – Şuşa – 1:0
Qol: Pərviz Bayramov, 90+1.
Hakimlər: Əmrah İbrahimov, Elşən Məmmədov, Mahir Alferinov, Kənan Məlikov
Gəncə. Şəhər stadionu.
1
25
21
2
2
45-8
65
