11 may 2012 21:15
Neftçi çempionluq titulunu aldı (FOTO)
Premyer Liqanın 32-ci turunun “Qəbələ” ilə oyunundan sonra “Neftçi”yə çempionluq kuboku təqdim olunub. Azerisport.az xəbər verir ki, paytaxt klubu mövsümün son oyununda məğlub olsa da (0:1), bu, iki tur öncədən çempionluğunu rəsmiləşdirmiş paytaxt klubunun kuboku başı üzərinə qaldırmasına mane olmayıb.
Çempionluq kubokunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neftçi”nin kapitanı Rail Məlikova təqdim edib.
